AZ

Fransa Ermənistana CAESAR topları verəcək

Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə edilib, Ermənistan Müdafiə Nazirliyi bildirib.

Razılaşma çərçivəsində CAESAR toplarının alınması da nəzərdə tutulub. Fransanın silahlı qüvvələr naziri Sebastien Lecornu həmin müqavilənin imzalanmasını “yeni mühüm mərhələ” adlandırıb.

Razılaşmalar Fransada, Sebastien Lecornu ilə Ermənistan müdafiə naziri Suren Papikyan arasında keçirilən müzakirələrdə əldə edilib.

Ermənistan Müdafiə Nazirliyi həmçinin bildirib ki, Papikyanın səfəri zamanı Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın KNDS hərbi sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Şirkətin saytında bildirildiyi kimi, KNDS əsas döyüş tankları, zirehli maşınlar, artilleriya sistemləri, döyüş sursatları, döyüş idarəetmə sistemləri istehsal edir, eləcə də təlim həlləri, qoruyucu vasitələr və sair təklif edir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Fransaya səfəri çərçivəsində “Eurosatory 2024” beynəlxalq sərginin açılış mərasimində iştirak edib, eksponatlarla tanış olub, hərbi-sənaye şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

2023-cü ilin payızında iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə görə, Ermənistanın Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat alacağı gözlənilirdi.

Fransa Ermənistana həmçinin Fransa istehsalı olan Bastion çoxfunksiyalı zirehli avtomobilləri vermişdi.

Rəsmi Bakı həmin vaxt Fransanın Ermənistana hərbi texnika göndərməsini pisləmişdi.

CAESAR Fransada istehsal olunan 155 mm-lik zirehli haubitsadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
bbc.com

1Mənbələr