AZ

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ

Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişir.

Bu barədə ASC özü məlumat yayıb.

Belə ki, "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib.

Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi məlumata görə, "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb. Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil.

Qeyd edək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 43 999 990 manatdır.

"Cebhe.info"

Seçilən
75
13
cebheinfo.az

10Mənbələr