Bakı Dövlət Universitetinin (BDU) müəllimi Lalə Hüseynovanın ölüm səbəbi məlum olub.
Ednews oxu.az-a istinadən xəbər verir ki, onun ölümünə səbəb Sumqayıtda, "Yaşma bağları" adlanan ərazidə qəzaya düşməsi olub.
Belə ki, Lalə Hüseynovanın olduğu minik avtomobili yük maşınına çırpılıb.
Hadisə nəticədə 1974-cü il təvəllüdlü Lalə Hüseynova elə hadisə yerindəcə həyatını itirib, daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.