AZ

Gürcüstanda Aİ-yə daxil olmağın təxmini tarixləri AÇIQLANDI

Gürcüstan qarşısına iddialı məqsəd qoyur - 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq. 


Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.

 

“Bizim iddialı hədəfimiz var - 2030-cu ilə qədər Gürcüstanı Avropa İttifaqına üzv etmək. Bu gün uşaqlarımız Aİ-nin himnini qeyri-adi şəkildə ifa etdilər və mən əminəm ki, bu uşaqların gələcəyi Aİ-dədir”, - deyən Kobaxidze birliyə qoşulmağın mühüm milli vəzifə olduğunu bildirib.

 

Gürcüstan hökumət başçılarının fikrincə, bu məqsədə nail olmaq üçün müttəfiqlərin və Gürcüstana dost ölkələrin dəstəyi vacibdir.

 

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini sonuncu üçüncü oxunuşda qəbul edib. 84 deputat lehinə, 30-u əleyhinə səs verib.

 

Əzizə

Seçilən
173
1
sfera.az

10Mənbələr