Bakı. Trend:
Bu gün AVRO-2024-ün F qrupunda II tura start verilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Almaniyadakı çempionatın 9-cü günüHamburqda start götürüb.
Yarışa məğlubiyyətlə başlayan Çexiya və Gürcüstan 2-ci turu dəqələbəsiz başa vurub. Komandalar hərəyə 1 qol və 1 xal qazanıblar.Hesabı gürcülər penaltidən açsalar da, fasilədən sonra çexlərbərabərlik qolunu vurublar. Avropa çempionatlarında ilk dəfəiştirak edən Gürcüstan ilk xalını qazanıb.
Qeyd edək ki, qrupda II tura bu gün keçiriləcək Türkiyə -Portuqaliya matçı ilə yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, F qrupu
17:00. Gürcüstan – Çexiya - 1:1
Qollar: Georgi Mikautadze, 45+4 (p.) - Patrik Şik, 59
Baş hakim: Daniel Zibert (Almaniya)
Hamburq. Folksparkştadion