AZ

Çimnazı belə görmək istəyənlər pul ödəyəcək - 200 AZN - VİDEO

“Vicdan Haqqı” serialının Larisası kimi məşhurlaşan aktrisa Çimnaz Sultanova yenidən sosial şəbəkənin gündəmindədir. 

 

Bu dəfə o, “İnstagram”ı tərk etdiyini açıqlayıb.

 

Bundan sonra aktrisanın açıq-saçıq görüntülərini görmək istəyənlər pul ödəməli olacaqlar. Belə ki, Çimnaz Sultanova bundan sonra bu görüntülərini “Telegram” kanalında paylaşacağını açıqlayıb: 

 

“Əziz və ucuz, dəyərli və dəyərsiz, iş adamları və avaralar, savadlı və biliksiz, yaraşıqlı və eybəcər, ağıllı və dəli, bəylər və xanımlar, geylər və naturallar, lezbian və translar, yaşlılar və cavanlar, reperlər və xanəndələr, ümumiyyətlə, şou-biznes əhli və ibtidai sinif müəllimləri, həkimlər, aşpazlar, stilistlər, xadimlər, professorlar, tələbələr, vəkillər, ofis menecerlər, satıcılar, sürücülər, evdar xanımlar, arxitektektorlar və fəhlələr,  məni sevən və nifrət edənlər, amma səhifəmdə gecə gündüz yatan, məni izləyən, mənim 630 minlik kütləm! Bu gün sizinlə sağollaşıram. “İnstagram”I tərk edirəm. Sevgimiz elə bu günə qədər imiş... 

 

Sağ olun, mənim canlarım, var olun… Əlvida “İnstagram”, əlvida. Və salam “Telegram”! 

 

 Məni sevən hər kəs, mənim fotolarımı, videolarımı, paylaşımlarımı, yeni açılan “Telegram”  kanalımda izləyə bilərsiniz. Sevgiylə dolu sizin Çimnaz Sultanova…”

 

Sözügedən kanala abunə olmaq üçünsə 200 manat tələb olunur. 

 

Yenisabah.az

 

Tarix: 24 İyun 2024, 12:00   
Seçilən
81
7
pravda.az

8Mənbələr