Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Sports.az PFL-in saytına istinadən xəbər verir ki, tədbir 16 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək.
Mərasim saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək