AZ

Günün qoroskopu: ulduzlar bol sürprizlər vəd edir

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - çoxdan başladığınız işi bu gün başa vura bilərsiniz. Layihələri yarımçıq qoymayın. Yaşamınıza əhəmiyyətli dərəcədə təsir edə biləcək qərar istisna deyil. Yaşam və iş yerini dəyişmək, kollektiv fəaliyyəti intensivləşdirmək üçün münasib zamandır.
Günün ikinci yarısında iş yerində rəhbərliklə aşkar münaqişəyə başlamayın. Həmkarlarla münasibətləri ayırd etməyin zamanı deyil. Münasibətlərinə önəm verdiyiniz insanın istəklərinə diqqətlə yanaşın.
Axşam saatları romantik macəra üçün əlverişli vaxt deyil.

Buğa - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.

Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.

Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu həllini tapmaq olar.

Əkizlər - ağır işə, genişmiqyaslı layihəyə başlamağın zamanı deyil. Qüvvələrinizi bərabər paylaşdırmasanız, potensialınızı dürüst qiymətləndirməsəniz, uğursuzluğa düçar ola bilərsiniz. İfrat yorğunluğa mübtəla olmayın.
Günün ikinci yarısında sayıq və diqqətli olun. Ətrafınızdakı insanlarla birbaşa qarşıdurmadan yayının. Bütün mübahisəli məsələləri sülh yolu ilə, danışıqlarla həll etmək olar. Təhqir, təhdid, zor tətbiqi yolverilməzdir.
Ailə üzvləri daha çox diqqət tələb edirlər. Sizə ehtiyacı olan insanların qayğısına qalın.

Xərçəng - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.

Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və aksessuarların yenilənməsi üçün münasib zamandır.

Axşam saatlarında yaxşı bələd olmadığınız yerdə istirahət etməyin.

Şir - maliyyə məsələlərində diqqətli davranın. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Əks halda borca düşə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var.
Çılğın olmayın, emosiyalarınızı idarə edin.
Günün ikinci yarısında tanış və dostlardan dəstəyi əsirgəməyin. Sifarişçi, müştəri, tərəfdaş və ya şəriklə görüşdə mümkün qədər diqqətli davranın. Eşitməklə yanaşı, deyilənin məğzini anlayın. Sözlərin fərqli mənalarını qulaqardına vurmayın.

Qız - mümkün qədər intizamlı, məsuliyyətli olun. Əməllərinizə və sözlərinizə görə cavab verməli olduğunuzu unutmayın. Vədlərə əməl edin. Yalançı, unutqan insan təsiri bağışlamayın.
Günün ikinci yarısında dostların, qohumların təkliflərini nəzərə alın. Başqalarının fikirlərinə sayğı ilə yanaşın. Təxribatlara uymayın, səbrli və təmkinli davranın. Mövqelərinizdən əsla geri çəkilməyin.
Vicdansız insanların yalanlarının qurbanı olmayın.

Seçilən
243
50
publika.az

7Mənbələr