AZ

Rusiyada iPhone-lərın satışı qadağan edilə bilər

Rusiya Dövlət Dumasına ölkədə smartfon və planşet bazarını əhəmiyyətli dərəcədə dəyişə biləcək qanun layihəsi təqdim olunub.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, təklifə əsasən, bu cihazların satışına yalnız Rusiyanın RuStore proqram mağazasına əvvəlcədən quraşdırılmış girişlə icazə veriləcək. Bu addım rusiyalı istifadəçilərin xarici texnoloji korporasiyalardan asılılığını azaltmaq məqsədi daşıyır.

Xatırladaq ki, RuStore Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün hazırlanmış Rusiya proqram mağazasıdır. O, Google Play və Apple App Store kimi xarici platformalara alternativ olaraq yaradılıb və istifadəçilərə həm Rusiya, həm də beynəlxalq tərtibatçılar tərəfindən hazırlanmış geniş çeşidli proqramlar təklif edir. RuStore-un əsas məqsədi siyasi vəziyyətdən və xarici şirkətlərin qərarlarından asılı olmayan tətbiqlərə çıxışı təmin etməkdir.

Yeni qanun layihəsi ilə əsas diqqətçəkən cəhət ondan ibarətdir ki, iPhone istehsalçısı olan Apple şirkəti iOS əməliyyat sistemi ilə işləyən qurğularında üçüncü tərəf proqram mağazalarının quraşdırılmasını qadağan edir. Bu, RuStore-u iPhone və iPad-də əvvəlcədən quraşdırmağı qeyri-mümkün edir ki, bu da öz növbəsində onların Rusiyada satışının qadağan edilməsinə səbəb ola bilər.

Orxan

KONKRET.az

Seçilən
54
4
konkret.az

4Mənbələr