AZ

Film izləməyin nə kimi faydaları vardır?

Bəlkə də bir çoxlarının gündəlik olaraq evdə izlədiyi və bəlkə də bir çoxlarının kino teatra gedərək izləməyi üstün tutduğu filmlər ilə bağlı dostum Şəmsiyyənin yazdığı bloq yazı ilə tanış oldum.


Dostum Şəmsiyyənin " Film izləməyin faydaları " mövzusu ilə bağlı yazdığı bloq yazısını oxuduqdan sonra bu mözvu ilə əlaqədar öz fikirlərimi sizinlə bölüşmək istədim.


Şübhəsiz ki, film izləməyin faydaları arasında dostlar və tanışlararasında təşkil olunan fəaliyyətlərə ortaq bir maraq göstərməsindən bəhs edə bilərik. Eyni sinifdə, kursda və ya iş yerində olan insanlar zaman zaman tədbirlər təşkil etmək istədikləri zaman filmlərə getməyi seçə bilərlər. Film seçimi qrupda olan hər kəsin ortaq bir qərarı ilə baş tutur. Kino Teatrlarda olan filmlərə baxılırvə daha sonra hamı üçün ən uyğun film müəyyənləşdirilir və sonrasındabiletlər alınır. Bundan sonra oxşar filmlər çıxdıqda, eyni qrup böyük ehtimal ki, o filmə getmək istəyəcək.


İzlənilən filmlər insanların baxış bucağını da dəyişdirə bilər. Hər insanın özünə məxsus bir dünyası var. Həyata o dünyanın çərçivəsindən baxır. Ancaq filmlərə baxarkən həyatı fərqli personajların dünyası çərçivəsindən görmək şansı olan insanlar, hər mövzuda fərqli düşüncə tərzini mənimsəyə və mövzular haqqında məlumat əldə edə bilərlər.


Film izləməyin digər birüstünlüklərindən biridə məhz xarici dil öyrənmən üçün effektiv bir metod hesab olunmasıdır. Bir çox insan orijinal formada filmlərə baxmaqdan zövq alır. Bu vəziyyətdə, filmin altyazı ilə baxılacağı və ana dilində dinləniləcəyi deməkdir. Bu aksiya xarici dil öyrənməyin ən yaxşı yollarından biridir və tamamilə pulsuzdur. Yalnız dil öyrənmək üçün filmlərə baxmaq üçün axtarış motorlarında axtarış apararaq filmləri altyazılı izləyən izləyicilər var.


Film izləməyin digər faydalarından biri isə filmlərə baxaraq digər insanları daha asan bir şəkildə başa düşmək olur.

Seçilən
56
kanal.az

1Mənbələr