AZ

"Sabah" rəsmən "bayquşlar" oldu – FOTOLAR

“Sabah”ın loqosu yenilənib.

Prosport.Az xəbər verir ki, yeni loqoda top elementi klubun simvolu olan bayquşla əvəz olunub. Əvvəlki loqoda istifadə olunmuş kənar xətlərin sayı azaldılaraq, loqo maksimum sadələşdirilib. Bundan sonra “Sabah” adı altında fəaliyyət göstərən bütün klublar vahid loqo ilə təmsil olunacaq.

Loqoda yer alan bayquş müdriklik və intellekti simvolizə edir. Günəş – yeni gün, yeni ümidlər və gələcəyin nişanıdır. Qalxan – cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.

Qeyd edək ki, bayquş simvolu ilk dəfə 2022-ci ildə klubun avtobusunda əks olunub. Bununla da klub artıq ləqəb olaraq "bayquşlar" kimi adlandırıla biləcək.

Seçilən
91
21
prosport.az

10Mənbələr