AZ

“Sabah” Xorvatiya millisinin sabiq üzvünü aldı 

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən klubumuz heyətini yeni futbolçu ilə gücləndirib. 

Yenisabah.az kluun saytına istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib. 

İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan komandamızda 13 nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, "Sabah" daha əvvəl Kahim Parris və Coy-Lens Mikelsi heyətinə qatıb. 


Telegram kanalımız
Seçilən
63
33
yenisabah.az

10Mənbələr