AZ

Şimali Koreya Rusiyaya kömək üçün bir ay ərzində Ukraynaya hərbi personal göndərəcək - İDDİA

"Pxenyan iyulun əvvəlində Ukraynanın işğal olunmuş ərazilərinə tikinti və mühəndis işçiləri göndərəcək".

 

Sfera.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Çosun” televiziyası hökumət rəsmisinə istinadən məlumat yayıb. Səbəb kimi “yenidənqurma işlərinə kömək etmək” göstərilib. İddialara görə, Şimali Koreya Putinin müharibədən yorulan qüvvələrinə dəstək olmaq üçün bir ay ərzində Ukraynaya hərbi personal göndərəcəyini vəd edib.

 

Kanal qeyd edib ki, Rusiya və Şimali Koreya arasındakı razılaşmaya görə, tərəflər müharibə vəziyyətində bütün vasitələrlə hərbi və digər yardımları göstərməyə borcludurlar. Şimali Koreyanın ötən ilin avqust və yanvar ayları arasında Rusiyaya təxminən 1,6 milyon artilleriya mərmisi tədarük etdiyi güman edilir.

 

“Şimali Koreya gələn ayın əvvəlində yenidənqurma işləri üçün Rusiya tərəfindən işğal olunmuş Ukrayna torpaqlarına tikinti və mühəndis qüvvələri göndərməyi planlaşdırır. Belə ki, xaricdə inşaat işçisi adı altında çalışan, valyuta qazanmağı hədəfləyən Şimali Koreyanın bu qüvvələrinin Çindən Rusiyanın nəzarətində olan bölgələrə keçəcəyi düşünülür. Bu arada Cənubi Koreyanın da Donetsk şəhərində infrastrukturun bərpasına kömək etmək üçün gələn ayın əvvəlində irimiqyaslı mühəndis qüvvələri göndərəcəyi gözlənilir”, - “Çosun” kanalı bildirib. 

 

Digər tərəfdən, ötən gün Şimali Koreya cəbhəsi ABŞ-yə xəbərdarlıq edib ki, Ukraynaya artan hərbi yardım və Cənubi Koreyaya təyyarədaşıyan gəminin göndərilməsi yeni dünya müharibəsinə səbəb ola bilər. 

 

Günay 

Seçilən
223
50
sfera.az

10Mənbələr