AZ

Həbsdə olan Rəşad Dağlının yeni mahnısı təqdim olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının yeni mahnısı təqdim olunub.

Axşam.az xəbər verir ki, "Yaxşıların qardaşı" adlı ifa meyxanaçının rəsmi yutub hesabında yayımlanıb. O, mahnını həmkarı Natiq Ələkbərli ilə birgə səsləndirib.
R.Dağlının instaqram hesabında bildirilib ki, mahnı o, həbs olunmamışdan əvvəl yazılıb:
"Şairin yarım qalmış mahnısı. Sanki öz həyatını yazıb. Həbs olunmamışdan əvvəl".
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
213
50
yenilik.az

10Mənbələr