AZ

Bu gündən qadınların pensiya yaşı 64 oldu

Bu gündən etibarən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artaraq 64 olur.

“Qafqazinfo” xəbər verir ki, 1 iyul 2024 - 30 iyun 2025-ci ildə kişilər 65, qadınlar isə 64 yaşında pensiyaya çıxa biləcəklər.

Bu məsələ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə tənzimlənir.

Belə ki, Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq, 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Seçilən
101
49
korrespondent.az

10Mənbələr