AZ

Bu idman komitəsində yeni təyinat oldu

Azərbaycan Deflimpiya Komitəsinin (ADK) yeni baş katibi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu vəzifəyə Namiq Novruzov təyin olunub.

Qeyd edək ki, daha əvvəl Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərən N.Novruzov Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında nazirliyin nümayəndəsi olub. Həmçinin Bakı-2015 Avropa Oyunları, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində yaxından iştirak edib.

Seçilən
43
5
msport.az

10Mənbələr