AZ

Xərçəngin qənimi brokkoli kələmi – Sağlamlığa 10 faydası

Brokkoli digər kələmlərdən həmişə baha olub, Azərbaycan mətbəxinə də yaddır. Amma həkimlər onu xərşəngin profilaktikasında əvəzsiz tərəvəz adlandırır. Kimyaterapiya effekti var. İndiki dövrdə yayılmış xəstəliklərə qarşı biz brokkolini çox istifadə etməli, şirəsii içməli, salatını yeməliyik. 


Brokkolidə C vitamin, kaliy, B6, A, PP vitamin vardır. Eləcə də proteinlə zəngindir. Bu tərəvəz bitki piqmentlərvə antioksidantlarla boldur. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirir, hüceyrələrin sağlamlığını qoruyur.


Eləcə də brokoli lüteyin mənbəyidir, bu da hüceyrələrin və qanın sağlamlığı üçün vacibdir.



Orqanizmə saysız faydaları olan brokkolinin əsas 10 xeyri:


1.Diabet xəstələrində şəkəri salır


Bu kələmdə olan sulforafan 50 genə təsir edərək, II tip diabet yaranmasının qarşısını ala bilir. Araşdırmalar göstərib ki, 12 həftə ərzində hər həftə 3 dəfə brokkoli qəbul edən diabetlərdə səhər şəkəri 10% aşağı olub. Eləcə də piylənməyə imkan vermir.


2.Autizmli uşaqlarda effektlidir


Autizm sindromunun simptomlarını yüngülləşdirir, brokkoli ekstraktı alan pasoyentlərdə verbal kommunikasiya və sosial ünsiyyət, sərbəst hərəkətlərdə yaxşılaşma olub


3.Xərçəngə qarşı


Onun tərkibində olan sulforafan və indol -3 karbinol antioksidantı mədə, bağırsaq,mədə altı vəz, prostat, süd vəzi, dəri xərçənginə qarşı effektiv təsir edir. Bu kələm oksidativ stresi azaldır, estrogenlərin səviyyəsinə təsir edir, detoksikasiya edir.


4.Damarlarda pis xolesterini azaldır


Brokkoli qanda pis, zərərli xolesterini sürətlə orqanizmdən çıxarır.

 

5.Bütün bədəni təmizləyir


Bitki piqmentləri orqanizmi şlak, toksin, ağır metal və duzlardan təmizləyir, bu da iltihabi xəstəliklər, onkoloji şişlərin yaranmasına qarşıdır. Eləcə natriy və kaliy bədəndən 


6.Ürək –damar sistemini möhkəmlədir


Brokolli ateroskleroz tıxacları və ürək damarlarının tutulmasının qarşısını alır. Bu kələmdə olan vitamin qomosistein amin turşusunun səviyyəsini tənzimləyir, hansı ki, bu turşu ət, yağ çox yeyən insanlarda ürəyin işemik xəstəliyinə gətirib çıxarır


7.Gözləri müalicə edir


Lütein kökdə və pomidorda da var. Eləcə də brokolli onunla zəngin olduğu üçün mərkəzi görmə sinirinin zədələnməsinin qarşısını alır, büllurun tutqunlaşmasına əngəl olur, kataraktanı azaldır, görməni itiləşdirir


8.Həzmi yaxşılaşdırır, Helikobaktery bakteriyasını öldürür


Brokolidə olan çox miqdar sellüloz həzmi yaxşılaşdırır, bağırsaqlardan qidanı keçirir, bağırsaq tənbəlliyinə qarşıdır, mikrofloranı tənzimləyir.

Eləcə də həkimlərin də çox qorxduğu helikobakteri pylori – mədə qastriti və xərçənginə səbəb olan bakteriyaya qarşı təsir edir. Mədənin selikli qişasını qoruyur, sağaldır.Müntəzəm brokkoli yeyənlərdə bu bakteriya 2 ay ərzində 40% azalır.


9.Kişi və qadınlarda reproduktiv funksiyanı artırır


İnsanda cinsi hüceyrələrin yaranmasında brokkolinin təsiri var. Brokolidə çox miqdar fol turşusu vardır. Hamilələr üçün vacibdir, çünki bətndə körpənin formalaşması üçün lazımdır. Kişilərdə cinsi zəiflik və sonsuzluqda da qəbul edilir.


10.İltihab əleyhinə təsir edir


Oynaqları artrit, artrozdan qoruyur iltihabı yaradan mokelulları bloklayır.Antioksidant, Omeqa 3 – xroniki iltihaba qarşı əks təsir edir, hüceyrələri iltihablaşmaqdan qoruyur.


Müalicə məqsədilə yaxşı olar ki, brokolli çiy, suyu və buxarda və ya azca suda bişirilmiş halda yeyilsin. Qızardıb, çox bişiriləndə faydalı maddələri azalır. //medicina.az

Seçilən
145
kanal.az

1Mənbələr