— İlk növbədə liflərlə zəngin olan bişmiş çuğundur bağırsaqları yumşaq təmizləyir, qəbizliyin qarşısını alır.
— Bişmiş çuğundur orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) təmizləyir. Bu səbəbdən mütəxəssislər bişmiş çuğunduru ziyanlı istehsalatlarda işləyən insanlara yeməyi tövsiyə edirlər.
— Bişmiş çuğundur bağırsaqların mikroflarasını yaxşılaşdırır, disbakteriozu müalicə etməyə kömək edir.
— Bişmiş çuğundur arterial təzyiqi tənzimləməyə kömək edir.Çuğundur «pis»xolesterinin səviyyəsini aşağı salır.
— Antioksidant maddələri ilə zəngin olduğundan bişmiş çuğundur orqanizmdə qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
— Bişmiş çuğundur kişi sağlamlığına müsbət təsir edir.
— Çuğundur insanı uzun müddət ərzində tox saxlayır, iştahanı azaldır və bununla da arıqlamağa kömək edir.
— Bişmiş çuğundur qaraciyər üçün çox faydalı məhsul sayılır.
saglamolun.az