AZ

Əməkdar artist Azərbaycandan getdi

Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunan tanınmış rejissor və aktyor, əməkdar artist Sərvər Əliyev Azərbaycandan gedib.

Aktual.az  xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib.

O, bundan sonra fəaliyyətini Dərbənd şəhərində davam etdirəcək:

"İki aydır ki, Dərbənddəyəm. Fəaliyyətimi burada davam etdirəcəyəm. Niyə Dərbənddəyəm, bunun çox ciddi səbəbləri var. Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam”.

Seçilən
109
26
ulusum.az

10Mənbələr