Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, ölkəmizi yarışda məşqçi İradə Qurbanovanın rəhbərliyi altında qarışıq cütlük Ağasif Rəhimovla Raziyə Seyidli, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupu Nəzrin Zeyniyeva, Anaita Bəşiri və Zəhra Rəşidova iştirak edəcək.
Yarışda hakim kimi Dürdanə Əhmədova iş başında olacaq.
Beynəlxalq turnir iyulun 5-7-də keçiriləcək.