İyulun 6-7-də Portuqaliyanın Koimbra şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanın beş idmançısı iştirak edəcək.
Gimnastika Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yarışın mükafatları uğrunda Selcan Mahsudova, Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə mübarizə aparacaqlar.
Onlara məşqçilər Vladimir Şulikin və Adil Hüseyn-zadə rəhbərlik edəcəklər.
Kamil Quliyev və Rahib Əliyev hakim kimi turnirdə ədaləti qoruyacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta