Azərbaycan millisininbaş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.
AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev baş məşqçiyə stadion və məşq meydanlarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.