AZ

Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alındığını açıqlayıb.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirib:

“Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyi və ölkədə ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran təxribatçı qrupun qanunsuz fəaliyyəti həyata keçirilib. Vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşların təşkilinin qarşısı alınıb”.

Qeyd olunub ki, çevriliş cəhdinə cəhd edən qrup “cinayətkar ideologiyanı dəstəkləyən və dini ideologiyanı fanatik şəkildə müdafiə edən şəxslərdən ibarətdir”.

4 nəfər saxlanılıb

Bildirilib ki, aparılan istintaq və əməliyyat tədbirləri nəticəsində 4 nəfər saxlanılaraq müvəqqəti saxlama təcridxanasına aparılıb.

Açıqlamada həmçinin deyilir: “Saxlanılan şəxslərin yaşayış yerlərində və istifadə etdikləri avtomobillərdə aparılan axtarışlar zamanı əldəqayırma partlayıcı qurğular, odlu silahlar, döyüş sursatı, radiostansiyalar, polad jiletlər, hüquq-mühafizə orqanlarının geyimləri, pilotsuz uçuş aparatları, ekstremist nəşrlər və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb”.

Seçilən
154
kommersant.az

1Mənbələr