AZ

Olimpiadada terror planlaşdıranlar saxlanıldı

Fransada Olimpiadadan əvvəl terror aktları hazırlayan bir neçə nəfər saxlanılıb.

Fransanın daxili işlər naziri Gerald Darmanen BFMTV telekanalının efirində, Bastiliya Günü (14 iyul) və Olimpiya Oyunlarının startı öncəsi terror aktları hazırlayan bir neçə nəfərin saxlanıldığını bildirib.

“Seçki kampaniyası apardığımız üçün son günlər bu barədə danışmamışıq, lakin müəyyən işlər planlaşdıran və terror aktları hazırlayan insanları saxlamışıq.

Böyük tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırlaşırıq. Terror hadisəsi təkcə Olimpiya Oyunları zamanı olmur. Belə hadisə hər an baş verə bilər. Buna görə də sayıqlığımzı artırırıq”, – deyə Darmanen qeyd edib.

Seçilən
171
50
futbolinfo.az

10Mənbələr