AZ

De la Fuente üçün tarixi axşam

“Bu, tarixi bir axşamdır. Ölkəmizi təmsil etməkdən qürur duyuram. Nə qədər irəli gedəcəyimizi görəcəyik. Amma tam əminik ki, bu komanda ilə çox irəli gedə bilərik”. Bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente  Avro-2024-ün 1/4 final mərhələsində Almaniyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Mütəxəssis futbolçularının qələbəyə doymadıqlarını söyləyib: “Bu futbolçuları çalışdırmaqdan qürur duyuram. Mən onların çoxunu uzun illərdir tanıyıram. Onlar ən yüksək səviyyədə yarışmağa öyrəşiblər və turnirdə qalib gəlmək imkanları var. Bu komanda həmişə yarışacaq. Əlbəttə, təkmilləşdirmə üçün hər zaman yer var. Lakin biz onların qüruruna, səviyyəsinə və fədakarlığına şübhə edə bilmərik”.

Məşqçi eyforiyaya qapılmadıqlarını vurğulayıb: “Çox xoşbəxtik, amma bilirik ki, sabah başqa bir gün olacaq. Meydandan kənarda baş verənlərə nəzarət edə bilmərik, lakin ölkənin bizi dəstəkləməsinə çox şadıq”.

Seçilən
22
1
futbolinfo.az

2Mənbələr