AZ

AÇ-2024: Türkiyə millisi Niderlanda qarşı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, mərhələnin üçüncü oyunu İngiltərə və İsveçrə yığmaları arasında baş tutacaq.

Bu Avropa çempionatının əsas favoritlərindən olan İngiltərə yığması bu oyunda sürprizə imkan verməməyə çalışacaq. Düsseldorf şəhərində təşkil olunacaq bu görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Günün digər oyunu Niderland və Türkiyə yığmaları arasında baş tutacaq. Berlin şəhərində keçiriləcək bu görüşə saat 23:00-da start veriləcək. Qardaş ölkə Türkiyənin milli komandası bu oyunda növbəti zəfərinə imza atmağa çalışacaq.

Xatırladaq ki, daha öncə İspaniya və Fransa yığmaları yarımfinala vəsiqəni təmin ediblər. Yarımfinalda bu iki komanda bir-biri ilə üz-üzə gələcək. Bu gün keçiriləcək oyunların qalibləri də bir-birinə rəqib olacaqlar.

AÇ-2024
1/4 final
6 iyul

20:00. İngiltərə – İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf. “Merkur Spiel-Arena”.

23:00. Niderland – Türkiyə
Baş hakim: Kleman Türpen (Fransa).
Berlin. “Olimpiastadion”.

Seçilən
39
2
arena.az

4Mənbələr