AZ

Hacı Əliyev Dünya Güləş Birliyinin posterində yer alıb

Dünya Güləş Birliyi Paris-2024 Yay Olimpiya Oyunları üçün gerisayıma start verib.

3 qat dünya və 4 qat Avropa çempionu olan Əliyevin uğurları Dünya Güləş Birliyi tərəfindən qiymətləndirilib və güləşçimiz qurumun posterində yer alıb. Hacı 3-cü dəfə Olimpiadada iştirak edəcək. O, Rio-2016-da bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.

Qeyd edək ki, Oyunların güləş yarışları avqustun 5-dən 11-dək davam edəcək.

Seçilən
86
1
cbcsport.az

2Mənbələr