AZ

İngiltərə millisi yarımfinala vəsiqə qazandı - YENİLƏNİB

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.   Manset.az "Report"a istinadən xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub - 5:3. Oyunun əsas vaxtında İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1. Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək. 21:40 Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında hesab bərabərləşib. Manset.az "Report"a istinadən xəbər verir ki, İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1. Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir. 21:07 Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ikinci hissə başlayıb. Hazırda davam edən qarşılaşmada hesab açılmayıb. Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir. 20:52 Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ilk hissə bitib. Komandalar fasiləyə qolsuz yollanıblar. Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir. 20:18 Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçına start verilib. Qarşılaşma Düsseldorf şəhərindəki "Esprit Arena"da keçirilir.

Qeyd edək ki, görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

Seçilən
76
9
manset.az

10Mənbələr