AZ

Ukraynalı atlet yeni dünya rekordu müəyyənləşdirib

Atlet Yaroslava Maquçix hündürlüyə tullanmada yeni dünya rekorduna imza atıb. İdmançı 2,10 metr nəticə göstərib.

22 yaşlı atlet Parisdə keçirilən atletika üzrə "Briliyant Liqa"da bu uğura nail olub. O, 1987-ci ildə bolqarıstanlı Stefka Kostadinovanın nəticəsini 1 santimetr yaxşılaşdırıb.

Qeyd edək ki, Maquçixin əvvəlki ən yaxşı göstəricisi 2,05 metrə bərabər olub.

Seçilən
49
1
cbcsport.az

2Mənbələr