AZ

Luis Hemilton rekord yazaraq "Formula-1"də qələbə yaşadı

“Formula-1” üzrə dünya çempionatının 12-ci etapı olan Böyük Britaniya Qran-prisində mübarizə sona çatıb. Northemptonşirdəki “Silverstoun” avtodromunda təşkil edilən yarışın qalibi “Mersedes” komandasının üzvü Luis Hemilton olub. Bu onun 2021-ci ildə əldə etdiyi zəfərdən keçən 945 günlük fasilədən sonra qazandığı ilk qran-pri olub. Həmin vaxt Hemilton Səudiyyə Ərəbistanındakı turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 7 qat dünya çempionu üçün bu göstərici karyerasında 104-cü qalibiyyət olub. Hemilton həmçinin 9-cu dəfə eyni trekdə zəfər qazanmaqla bu göstərici üzrə yeni rekord müəyyənləşdirib. Bunadək ən yaxşı nəticə Mixael Şumaherə məxsus idi.

Böyük Britaniya Qran-prisində İkinci yeri “Red Bull”un niderlandlı pilotu Marks Ferstappen tutub. İlk üçlüyü “Maklaren”in böyük britaniyalı pilotu Lando Norris qapayıb.

Qeyd edək ki, cari dünya çempionatında ən yaxşı nəticə aktivində 7 qələbə olan Ferstappenə məxsusdur. Hemilton, Norris, Şarl Lekler, Karlos Sayns və Corc Rassel isə hərəyə bir dəfə qalib adını əldə ediblər.

Seçilən
60
cbcsport.az

1Mənbələr