Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında iştirak edəcək bütün komandalar bəlli olub. Bu, təsnifat mərhələsinin final görüşlərindən sonra dəqiqləşib.
İspaniya yığması final görüşündə Baham adalarını (86:78), Braziliya Latviyanı (94:69), Yunanıstan Xorvatiyanı (80:69), Puerto Riko yığması isə Litvanı (79:68) məğlub edib.
Beləliklə, İspaniya, Braziliya, Yunanıstan və Puerto Riko olimpiadada iştirak edəcək.
Avstraliya, Kanada, Yunanıstan və İspaniya A qrupunda, Braziliya, Fransa, Almaniya və Yaponiya B qrupunda, ABŞ, Serbiya, Puerto Riko və Cənubi Sudan isə C qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında basketbol yarışı iyulun 27-dən avqustun 11-dək keçiriləcək.