AZ

AVRO-2024-ün ən sürətli futbolçularının siyahısı açıqlanıb

UEFA-nın ictimailişdirdiyi siyahıya Fransa millisinin forvardı Kilian Mbappe başçılıq edir. O, 36,6 km/s sürətlə 1-ci pillədə qərarlaşıb.

Mbappeni 36 km/s-lıq göstərici ilə ispaniyalı Ferran Torres və 35,9 km/s sürətlə sloveniyalı Benyamin Şeşko izləyirlər.

Qeyd edək ki, sabah - 9 iyunda Futbol üzrə Avropa Çempionatının yarımfinalında Mbappe və Torresin komandaları - Fransa və İspaniya qarşı-qarşıya gələcək. Benyamin Şeşkonun şərəfini qoruduğu Sloveniya seçməsi isə 1/8 finalda penaltilər seriyasında Portuqaliyaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Seçilən
135
cbcsport.az

1Mənbələr