AZ

Ermənistan növbəti antirus addım atdı... Maltada nə baş verir?..

Paşinyan dayanmır. Maltada Ukrayna məsələsini tənzimləmək üçün 60 dövlətin iştirakı ilə beynəlxalq konfrans gedir. Rusiyanı heç sayıb dəvət də etməyiblər. Çin, Misir, Birləşmiş Əmirliklər imtina ediblər. İlin sonu üçün Ukraynaya dair Qlobal Sammit hazırlanır.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Ən maraqlısı odur ki, Malta konfransında Ermənistan da fəal iştirak edir. Təhlükəsizlik şurasının katibi Qriqoryan üstəlik Maltada ikitərəfli görüşlər keçirib. Blinkenlə və Makronun müşaviri ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Maraqlı deyil?!..

Tahir TAĞIYEV

Seçilən
733
42
baki-xeber.com

10Mənbələr