“Köhlən atlar”ın daha bir qapıçısı klubu tərk edib. Andrey Lunyovdan sonra Luka Quqeşaşvili də "Qarabağ"dan ayrılıb.
Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna keçib. Luka yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlində “Qarabağ”a keçmişdi.