AZ

Azərbaycan Ermənistanı böyük fərqlə üstələdi

Bu gün 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun oyunlarına start veriləcək. Cəbəllütariqdə təşkil olunacaq yarışın qrup mərhələsində I turun matçları baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması turnirdə ilk görüşünə çıxacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Ermənistanla üz-üzə gələcəklər. Qrupun digər görüşündə Gürcüstanla Kipr qarşılaşacaq.

Qeyd edək ki, millimiz iyulun 10-da saat 12:30-də Gürcüstan, ayın 11-də saat 12:30-də Kiprlə görüşəcək.

U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
I tur, 9 iyul
15:00. Ermənistan – Azərbaycan - 46:60 (13:20, 14:19, 19:21)
Cəbəllütariq. “Tersentenari” İdman Zalı.

Seçilən
83
cbcsport.az

1Mənbələr