AZ

Qazi özünü yandırıb

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyevin Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd etməsi haqda məlumat yayılıb. Bildirilib ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Herbiand.azöın məlumatına görə, məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı Oxu.az-a açıqlama verib.

O bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb: “Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə Elnur Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, o, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Onun ailəsi məhkəmədə Elnur Əliyevdən 1000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Əvvəl razılıq versə də, məhkəmədə qız özü də şikayətçi olub.

Qazi isə tutulacağını düşünərək təlaşlanıb. O, Vətən müharibəsi iştirakçısıdır, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Onu həmin gün, iyulun 9-da mən qəbul etmişdim, onun təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki, həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi.

Amma üzərindən 10 dəqiqə keçmişdi səhər saat 11 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub”.

E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı şəhər klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib: “Xəstəxanadan bildirilib ki, kürək nahiyəsində 25 faiz yanıq xəsarəti var. Vəziyyətinin ağır olmadığı, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda bilər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sayta bildirilib ki, 09.07.2024-cü il tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Qeyd edilib ki, ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib: “Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”.

***

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
49
herbiand.az

10Mənbələr