AZ

Ermənistana gələn turistlərin sayı kəskin AZALDI – STATİSTİKA

İyun ayında Ermənistana gələn turistlərin sayı kəskin azalıb.

interpress.az xəbər verir ki,  statistik məlumatı Ermənistan Turizm Komitəsi yayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin iyununda Ermənistana 180 718 turist səfər etdiyi halda, 2023-cü ilin iyununda bu rəqəm 199 159 olub.

Belə ki, iyun ayında Ermənistana turistlərin əksəriyyəti Rusiya Federasiyası (41%), Gürcüstan (13%) və İrandan (7%) gəlib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
interpress.az

1Mənbələr