AZ

İŞİD-in mərhum liderinin həyat yoldaşı ölüm cəzasına MƏHKUM EDİLDİ – FOTO

İŞİD-in mərhum liderinin həyat yoldaşı ölüm cəzasına məhkum edilib.

interpress.az xəbər verir ki, bu barədə İraq xəbər agentliyi “Shafaq News” məlumat yayıb.

Bildirilir ki, iyulun 10-da İraqın Ali Məhkəmə Şurası İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı Əsma Məhəmmədin ölüm hökmünü elan edib.

O, İŞİD terror hücrələri ilə əməkdaşlıqda və yezidi qadınları zorla həbs etməkdə təqsirli bilinib.

Əbu Bəkr əl-Bağdadi 1971-ci ildə İraqın Samarra şəhərində anadan olub. 15 ildən artıqdır ki, o, BMT və ABŞ kəşfiyyat orqanlarının beynəlxalq axtarışda olan terrorçular siyahısında olub. İŞİD-ə rəhbərlik etməzdən əvvəl o, Əl-Qaidə üzvü olub.

2014-cü ilin iyununda əl-Bağdadi xilafətin başladığını elan edib və özünü İslam Dövlətinin xəlifəsi elan edib. Bu, yaraqlıların İraqın ən böyük şəhərlərindən birini – Mosulu ələ keçirməsindən sonra baş verib.

Bundan sonra İŞİD Suriya və İraqda əhəmiyyətli əraziləri ələ keçirə bilib, həmçinin digər qonşu dövlətlərə təsirini genişləndirməyə çalışıb. Əl-Bağdadi 2019-cu il oktyabrın 26-da Suriyanın İdlib əyalətində Amerika hərbçilərinin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
interpress.az

2Mənbələr