AZ

NATO-nun hədəfi: 5 il ərzində 650 ədəd F-35

NATO-ya üzv ölkələr qarşıdakı beş il ərzində hərbi arsenallarına 650 ədəd F-35 qırıcı təyyarəsi əlavə edəcəklər. Bundan başqa, ən azı 50 gəmi və sualtı qayığın da tikilməsi planlaşdırılır.

Herbiand.az bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Yaxın 5 ildə NATO müttəfiqlərimiz hərbi arsenallarını modernləşdirmək üçün 650-dən çox beşinci nəsil F-35 qırıcıları, 1000-dən çox hava hücumundan müdafiə sistemi, 50-yə yaxın döyüş gəmisi və sualtı qayıq, 1,2 min tank, 11,3 min döyüş maşını və 2 minə yaxın artilleriya sistemi istehsal edəcəklər”, - Sallivan qeyd edib.

ABŞ rəsmisinin sözlərinə görə, Hind-Sakit okean regionundakı yaxın tərəfdaşlar da hərbi xərclərini artırırlar: “Yaponiya 2027-ci ilə qədər milli təhlükəsizliyin maliyyələşdirilməsini iki dəfə, o cümlədən hərbi xərcləri 65% artırmağı öhdəsinə götürüb. 2022-ci ildə Cənubi Koreya 5 il ərzində müdafiəyə 260 milyard dollardan çox pul xərcləməyi planlaşdırdığını bildirib ki, bu da illik orta hesabla 6,8% artım deməkdir. Avstraliya 2025-ci ildə rekord - 37 milyard dollar xərcləyəcək”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
5
herbiand.az

6Mənbələr