AZ

Erməni jurnalist hotellərin astronomik məbləğ tələb etməsindən gileyləndi

Ermənistanda turistlər hotellərin inanılmaz dərəcədə baha olmasından gileylənirlər.

News365.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Oskan Sarkisyan məlumat yayıb.

O, "Mamul" nəşrində yazıb: “Dilicandakı hotellərdə qiymətlər olduqca yüksəkdir. Astronomik qiymətlərlə rastlaşırsan. Buna görə də turizm mövsümündə şəhərdəki əksər hotellərə baxanda yarısının dolu olduğunu görürsən. Həmçinin sosial şəbəkələr, Facebook-da Dilican sakinləri məşhur “Dilijançik” qrupunda bu mövzuda müzakirələr aparırlar. Hotellərdə qiymətlərin baha olmasının Dilicanın turist imicinə xələl gətirməsi ilə bağlı narahatlıqlar var. Hamı qeyd edir ki, elə yüksək qiymətlər qoyulur ki, heç okean sahilində yerləşən və ya Parisdən dəvət olunmuş ixtisaslı aşpazların quluq etdiyi hotellərdə o məbləği ödəmirsən.  Bu qrupda müzakirəyə qatılanlar bildirirlər ki, Dilicanda daha sərfəli qiymətə qonaq evləri də tapmaq olur. Bir nəfər isə yazıb ki, dəbdəbəli otellər burada ağır işlərdə çalışanlara qəpik-quruş ödəyirlər".

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
news365.az

1Mənbələr