İsrail ordusu Qəzza şəhərinin sakinlərini təxliyə etməyə çağırıb.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məliumat yayıb. İsrail ordusu Qəzza şəhərinin sakinlərini təxliyə olunmağa çağıran vərəqələr yayıb.
Sektorda paylanan vərəqələrdə qeyd olunur ki, insanlar cənub bölgələrinə təhlükəsiz keçidlərdən istifadə edə bilərlər.
Vərəqələrdə vurğulanır ki, “Qəzza şəhəri təhlükəli müharibə zonasına çevriləcək”.
İsrail mediası qeyd edir ki, bu çağırışlar və Qəzzada hərbi əməliyyatların bərpası HƏMAS-ın şəhər üzərində nəzarəti bərpa etmək cəhdləri barədə məlumatla əlaqələndirilir.
Xuraman Etibarlı
İnterpress.az