AZ

Ermənistan MTX rəhbərinin müavini jurnalisti acıladı - VİDEO

Ermənistanda Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun müavini Andranik Simonyan  ilə jurnalistlər arasında qalmaqal yaşanıb.

News365.az xəbər verir ki, parlamentdə olan Simonyana media nümayəndələri yaxınlaşsa da, o müsahibə vermək istəməyib.

Jurnalistlərdən biri “Düşmən hücum edərsə, MTX sərhədçiləri sərhədlərimizi necə qoruyacaq?” kimi təxribatçı sual ünvanlayıb. Direktor müavini "Mən müsahibə vermirəm, uşaqlar" deyə cavab verib.

Jurnalist isə onu acılayaraq deyib: “Heç olmasa yaşımıza hörmət edin. Məndən kiçiksiniz, ona görə də böyüklər sual verəndə zəhmət olmasa, dayanıb cavab verin”. Simonyan jurnalistin iradına belə cavab verib: “Sən heç öz həddini bilmirsən. Öz işinlə məşğul ol!".

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
news365.az

1Mənbələr