AZ

“Azərbaycanın torpaq itkiləri Ulu Öndərin hakimiyyətdə olmadığı dövrlərə təsadüf edir“ Vahid Novruzov

1969-cu ilin oktyabr ayında Ermənistanın o zamankı rəhbəri Koçinyan iki gün Bakıda işgüzar səfərdə olub. O Heydər Əliyevlə bir çox məsələləri müzakirə ediblər və bu qayıdandan sonra Ermənistan partiya bürosunun üzvləri Koçinyandan soruşurlar ki, bəs getdin, gəldin, torpaq məsələsi necə oldu? O da cavab verib ki, torpaq məsələsini biz Heydər Əliyevlə razılaşdırdıq ki, bir daha bu məsələ qaldırılmasın.

 Bu sözləri News365.az-a açıqlamasında professor Vahid Novruzov deyib. O əəlavə edib ki, həmin danışıq kağız üzərində qaldı və Azərbaycan öz ərazisini heç kəsə, Ermənistana vermədi.

“Azərbaycanın bir çox bəlaları, o cümlədən də torpaq itkiləri məhz Ulu Öndərin olmadığı dövrlərə təsadüf edir və bu bir tarixi həqiqətdir. Bunu heç kim inkar edə bilməz. Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyəti də xarakterizə edən xüsusiyyətlər var. siyasi uzaqgörənlik və intuisiya məsələsi. Bunların hər ikisi çox yüksək səviyyədə ulu öndərin təbiətinə xas idi.”

 

Kamal Hüseynli


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
news365.az

1Mənbələr