AZ

Azərbaycanda ən az risk olan biznes sahəsi hansıdır?

Hər kəs biznes qurmaq istəyir, çoxlu pul qazanmağa çalışır. Amma istənilən halda bütün yatırımlar 100 faiz qazanc gətirmir. Qısa zamanda müflis olub sıradan çıxanlar da az olmur.

Bəs, Azərbaycanda ən az risq olan biznes sahəsi hansıdır?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirdi. News365.az –a açıqlamasında o bildirdi ki, biznes varsa risq də var:

“Risqsiz biznes ola bilməz.Amma risqin az və çox olduğu sahələr var. Məsələn, Azərbaycanda daha az risqli biznes növü iaşə sektorudur.Kiçik kafelər, restoranlar və hətta şadlıq evləri az risqli sahələrdəndir. Bu sahəyə investisiya yatıran və bu sahədə az-çox təcrübəsi olan heç bir şəxs ziyan edə bilməz. Təsadüfi deyil ki, bu sahəyə investisiya yatıranlar heç zaman ciddi maliyyə itkisi ilə üzləşmirlər”.

News365.az


Seçilən
55
news365.az

1Mənbələr