AZ

Sevgilisi ilə mərc edib suya tullanan oğlan ÖLDÜ – VİDEO

Moskvada Krilatski körpüsündən atlılmağa mərc edən şəxs suya atılıb və nişanlısının gözü qarşısında ölüb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib. Bildirilir ki, Volqoqrad vilayətindən olan 28 yaşlı Pavel sevgilisi ilə mərc edib və həyatını itirib.

Qız hadisəni lentə alıb və nə baş verdiyini sona qədər başa düşməyib.

Belə ki, Pavel sevgilisi və dostu ilə birlikdə körpünün altında çimərlikdə dincəlirdi. Onlar yüksəklikdən suya tullanmaq ilə bağlı söhbət ediblər. Və oğlan tullanmaq bağlı qərar verib. Nəticədə o, suya tullanıb və dərhal huşunu itirib.

Xilasedicilər onun cansız cəsədini sudan çıxarıblar.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
interpress.az

1Mənbələr