AZ

ABŞ Avropadakı hərbi bazalarını niyə yüksək hazırlıq vəziyyətinə gətirib?

Ötən həftə ABŞ kəşfiyyatı Rusiya tərəfindən dəstəklənən təxribatçıların amerikalı hərbçilərə və obyektlərə qarşı təxribat hücumları hazırlaya biləcəyini müəyyən etdikdən sonra Avropadakı bir sıra ABŞ hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

News365.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, kəşfiyyat məlumatları göstərib ki, Rusiya Federasiyası hərbi bazaları və ABŞ hərbi personalına hücumlar üçün mümkün hədəf kimi nəzərdən keçirir. Burada qarşı proksi qüvvələrdən istifadə ediləcək. Son aylarda Avropanın müxtəlif yerlərində həyata keçirilən və ya qarşısı alınmış insidentlər belə təxribatların hazırlanmasına sübut ola bilər.

Nəşr onu da xatırladıb ki, aprel ayında Almaniya və Rusiyanın iki vətəndaşı Rusiya Federasiyasının sifarişi ilə bir sıra obyektlərdə, o cümlədən ABŞ hərbi bazalarında partlayışlar hazırlamaq və yandırmaq ittihamı ilə həbs edilib. ABŞ-nin son iki həftə ərzində əldə etdiyi və əvvəllər ortaya çıxmamış kəşfiyyat məlumatları əlavə təhlükəsizlik protokollarını təmin etmək üçün kifayət qədər həyəcanverici hesab olunur.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
news365.az

1Mənbələr