Aktual.az xəbər verir ki, bu barədə "Əl-Əkbər" məlumat yayıb.
Bildirilib ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil. Lakin bu o demək deyil ki, iki ölkənin liderlərinin görüşü ilə bağlı hər hansı bir maneə var.
Vurğulanıb ki, Türkiyə və Suriya liderləri arasında keçiriləcək görüşdən əvvəl gündəm və ən mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.