AZ

Millimiz Gürcüstanı meydançaya çıxmağa peşman etdi

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa Çempionatının C divizionunda növbəti oyununu keçirib.

A qrupunda yer alan yığmamız Gürcüstanı sınağa çəkib.

İlk turda Ermənistanı darmadağın edən basketbolçularımız bu dəfə də böyük fərqlə qalib gəlib. İlk saniyələrdən üstünlüyü ələ alan millimiz ikinci darmadağınla turnir cədvəlində liderliyini möhkəmlədib.

Qeyd edək ki, yığmamız sabah baş tutacaq son turda Kiprlə üz-üzə gələcək.

U-16-lar (qızlar) arasında Avropa Çempionatı

C divizionu, A qrupu
II tur, 10 iyul
12:30. Azərbaycan - Gürcüstan - 97:40 (29:6, 23:12, 23:13, 22:9)
Cəbəllütariq. “Tersentenari” İdman Zalı

Seçilən
51
cbcsport.az

1Mənbələr