AZ

Tomas Müller Almaniya millisindəki karyerasını sonlandırıb

2010-cu ildən "bundestim"in formasını geyinən Tomas Müllerin millidəki ən böyük uğuru 2014-cü ildə Dünya Çempionatının qalibi olmaqdır.

Müller 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı.

Xatırladaq ki, Almaniya doğma divarlar arasında təşkil edilən AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya 1:1 məğlub olaraq turniri erkən tərk edib.

Seçilən
68
cbcsport.az

1Mənbələr