AZ

Atası BMT-də işləyən şəxs bacısı ərinin maşınını niyə yandıtdırıb?

Fərhad adlı Sumqayıt sakini 2016-cı ildə pul müqavilində "Toyota Prado” markalı avtomobilini yandıran şəxslərlə bağlı mülki iddia qaldırıb.

Mediatv.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisələr 2016-cı ilin 17-23 mart tarixlərində Sumqayıt şəhəri, BTZ klubu adlanan ərazidə yerləşən həyət evlərinin birində baş verib.

Aparılan araşdırma zamanı məlum olub ki, Fərhadın avtomobili keçmiş xanımı Cəlalənin (ad şərti) İngiltərədə yaşayan Elvin İmanlı adlı qardaşının sifarişi ilə yanıdırılıb. Belə ki, Elvin Bakıya gəlib, bacısının boşandığını eşitdikdən sonra Fərhada qəzəblənib. O, bacısının razılığı ilə Fərhadı izləməyə başlayıb. Elvin Fərhadı Zərinə (şərti) adlı bir qadınla restoranda yaxalayıb. Bundan sonra Elvin İmanlı Fərhaddan bacısına xəyanət etdiyinə görə qisas almaq qərarına gəlib.

O, Fərhadın avtomobilini yandıracağı təqdirdə 1989-cı il təvəllüdlü Qadir adlı şəxsə 2000 manat pul verəcəyini deyib. O, 1990-cı il təvəllüdlü Rəvan adlı şəxslə bu işi görəcəkləri razılaşdırıb.

2016-ci ilin 17 mart tarixində hər iki şəxs Fərhadın yaşadığı ünvana gedərək həyətdəki "Toyota Prado” markalı avtomobili verilən tapşırığa uyğun olaraq yandırıblar. Lakin avtomobil tam yanmadığından Elvin İmanlı onların işindən razı qalmayıb. İkinci tapşırıq 23 mart 2016-cı ildə icra edilib. Bu dəfə isə avtomobil tam yandırılıb.

Hadisədən sonra cinayəti törədən şəxslər saxlanılsa da, sifarişçinin yeri məlum olmadığından hələ də istintaqa cəlb edilməsi mümkün olmayıb.

Buna baxmayaraq, Elvin İmanlının BMT-nin Livandakı sülh misiyasında mütəxəssis işləyən Davud (şərti) adlı atası istintaqda dindirilib. Davud izahatında yanız onu deyib ki, Fərhad qızından səbəbsiz yerə ayrılıb və üstəlik oğlu Elvin İmanlıya 10500 dollar borcu olub.

Fərhad isə mülki iddi qaldıraraq, həmin ilin mart ayının 11-də itən itinə və yandırılan avtomobilinə görə 50 min manat təzminat tələb edib. Ekspertiza isə ona dəyən zərəri 21955 manat manat hesablayıb.

Məhkəmənin qərarı ilə Rəvanla bağlı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, Qadir 8 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Fərhadın mülki iddia ərizəsi isə baxılmamış saxlanılıb.

Seçilən
576
4
mediatv.az

10Mənbələr